Zakir Nuriyev: "Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi Qruplar yaradılmalıdır"

Maliyyə
  • 09 iyun, 2026
  • 11:27
Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi Qruplar yaradılmalıdır

Türk Dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi Qruplar yaradılmalıdır.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, maliyyə bazarları sahəsində Türk dövlətləri arasında qarşılıqlı inteqrasiyanın gücləndirilməsi məqsədilə oxşar infrastruktur komponentləri, o cümlədən Ani Ödəniş Sistemləri üzrə vahid yanaşmaların tətbiqi əlverişli imkanlar yarada bilər: "Eyni zamanda, innovativ həllərin və texnologiyaların maliyyə bazarlarına daha çevik və effektiv şəkildə inteqrasiyası üçün tənzimləyici "sandbox" rejimində iştirak edən təşkilatların qarşılıqlı tanınması təcrübəsinin tətbiqi məqsədəuyğun hesab olunur. Regional səviyyədə infrastruktur komponentləri üzrə qarşılıqlı uyğunlaşmanın təmin edilməsi məqsədilə Mərkəzi Bankların, eləcə də sahə üzrə aparıcı ekspertlərin iştirakı ilə birgə İşçi Qruplarının yaradılması vacibdir".

Z.Nuriyev qeyd edib ki, bu işçi qrupları çərçivəsində qlobal maliyyə inteqrasiyası tendensiyaları birgə təhlil edilməli, həmçinin Türk Dövlətlərinin bu prosesə hazırlıq səviyyəsi sistemli şəkildə qiymətləndirilməlidir.

44 filmi