"Yelo Bank" komandası Mərdəkan çimərliyində təmizlik aksiyası həyata keçirib
- 08 oktyabr, 2025
- 10:46

"Yelo Bank" ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunmasına yönəlmiş növbəti təşəbbüsünü həyata keçirib.
Bu dəfə Bankın əməkdaşları Mərdəkan çimərliyində təşkil olunan "Parlaq Sahillər" ekoloji aksiyasında bir araya gələrək sahilyanı ərazini tullantılardan təmizləyiblər.
Aksiyada onlarla "Yelo Bank" əməkdaşı iştirak edib. Nəticədə 1 tona yaxın tullantı toplanaraq çeşidlənib və təkrar emala göndərilməsi üçün xüsusi konteynerlərə təhvil verilib.
Artıq ənənə halını almış "Parlaq Sahillər" təşəbbüsünün əsas məqsədi Xəzər dənizinin ekoloji vəziyyətini qorumaq, təbiətə qarşı qayğı və məsuliyyət hissini gücləndirməkdir. Bank gələcəkdə də bu kimi layihələri dəstəkləməyi və onların miqyasını genişləndirməyi planlaşdırır.
Bank xidmətləri haqqında (https://www.yelo.az/az/individuals/loans/lombard-krediti/) ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!