"Yelo Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
- 03 noyabr, 2026
- 17:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 3-də, saat 11:00-da "Yelo Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Yelo Bank"ın İdarə Heyəti üzvlərinin və sədrinin vəzifəyə yenidən təyin edilməsi, 2027-ci il üzrə büdcə layihəsinin təsdiq olunması, 2027-2029-cu illər üzrə Strateji Planın təsdiqlənməsi daxildir.
Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94 %-i Marina Kulişovaya, 0,96 %-i Anar Həsənova (Bankın İdarə Heyətinin sədri), 0,1 %-i isə "İSR Holdinq" MMC-yə məxsusdur.