"Yelo Bank"ın dəstəyi ilə UNEC-də forum keçirilib

Maliyyə
  • 12 iyun, 2023
  • 08:56
Yelo Bankın dəstəyi ilə UNEC-də forum keçirilib

"Yelo Bank" ASC-nin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Xarici dilin öyrənilməsində İnnovativ Strategiyalar" adlı I Beynəlxalq Forum uğurla başa çatıb.

Tədbir yerli və xarici universitet nümayəndələrinin təqdimatında 14 panel və “workshop”ları əhatə edib. Forumun əsas müzakirə mövzuları ingilis dilinin tədrisində keyfiyyətin yüksəldilməsi, dil öyrənilməsi zamanı effektiv strategiyalar, bu sahə üzrə aktual problemlər və onların həll yolları olub.

Forumun açılışında UNEC-in rektoru, prof. Ədalət Muradov, Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld və "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov çıxış edib. A.Həsənov çıxışında məzunu olduğu universitetin uğurlarını görməkdən qürur duyduğunu bildirib, həmçinin, UNEC-lə Bankın müxtəlif istiqamətlərdə əməkdaşlıqlarının faydalı ola biləcəyini vurğulayıb.

"Yelo Bank" korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq fəal təhsil dəstəkçisidir. Bank, təhsilimizin parlaq gələcəyinə yönəlmiş təşəbbüslərini və universitetlərlə aktiv əməkdaşlığını davam etdirəcək.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. "Yelo Bank" Azərbaycan Mərkəzi Bankının 203 saylı lisenziyası əsasında 25.02.1994-cü ildən 17 filial və 1 özünəxidmət mərkəzi ilə müştərilərin xidmətindədir. Ünvan: Həsən bəy Zərdabi pr. 81 K, Tel: 981

"Yelo Bank" – Parlaq bankçılıq!

44 - Tezliklə