Yaponiya valyutası dollar qarşısında 1990-cı ildən sonra ən aşağı səviyyəyə düşüb

Maliyyə
  • 13 oktyabr, 2022
  • 18:34
Yaponiya valyutası dollar qarşısında 1990-cı ildən sonra ən aşağı səviyyəyə düşüb

Yaponiya milli valyutasının məzənnəsi 1990-cı ildən sonra ən aşağı səviyyəyə düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Nyu-Yorkdakı ticarət məlumatları sübut edir.

Saat 17:20-yə olan məlumata görə, məzənnə 1 dollar üçün 147,55-147,58 yen olub.

Yenin rekord zəifləməsi bir neçə aydır ki, Qərb mərkəzi bankları ilə Yaponiya arasında faiz dərəcələrindəki mübahisə fonunda davam edir.