Yaponiya rəsmisi: "Azərbaycan audit sahəsində mühüm platformaya çevrilib"

Maliyyə
  • 17 iyul, 2025
  • 13:38
Yaponiya rəsmisi: Azərbaycan audit sahəsində mühüm platformaya çevrilib
Yuhei Harada

Azərbaycan audit sahəsində bilik və təcrübə mübadiləsinin aparılması üçün mühüm platformaya çevrilib.

Bunu "Report"a açıqlamasında Yaponiyanın Ali Audit Orqanının rəhbəri Yuhei Harada bildirib.

O, Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısının yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycan tərəfinin nümayiş etdirdiyi qonaqpərvərliyi xüsusi vurğulayıb: “Bu tədbir ASOSAI çərçivəsində bilik və təcrübə paylaşımını təşviq edən əhəmiyyətli görüşlərdən biridir. Müxtəlif işçi qruplarının hesabatları, təqdimatlar və müzakirələr göstərir ki, audit sahəsində əməkdaşlıq daha da güclənir. Azərbaycan bu prosesə uğurla ev sahibliyi edir və təşkilatçılıq baxımından peşəkar yanaşması ilə seçilir”.

Y. Harada qeyd edib ki, Yaponiya Azərbaycanla audit sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır: “Bu əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi və institusional inkişaf üçün yeni imkanlar açılır. Hesab edirəm ki, iki ölkənin ali audit qurumları bu sahədə strateji tərəfdaşlıqlar formalaşdıra bilər”.