“Xalq Həyat Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 23 aprel, 2024
  • 05:05
“Xalq Həyat Sığortanın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 7-də, saat 15:00-da “Xalq Həyat Sığorta" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 164 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Xalq Həyat Sığorta"nın 2023-cü il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi daxildir.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.

44 - Tezliklə