"Xalq Bank"ın aktivləri cüzi azalıb

Maliyyə
  • 31 mart, 2017
  • 13:01
Xalq Bankın aktivləri cüzi azalıb

Bakı. 31 mart. REPORT.AZ/ "Xalq Bank" ASC-nin aktivləri bu il martın 1-nə 1,65 mlrd. manat təşkil edib.

"Report" Banka istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 1,1% azdır. 

"Xalq Bank"ın aktivlərinin təxminən 77%-ni və yaxud 1,263 mlrd. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Yanvar-fevralda Bankın kredit portfeli 0,9% azalıb. 

"Xalq Bank" kreditlərinin təxminən 60%-ni və yaxud 765,4 mln. manatını xarici valyutada verib. Kreditlərin təxminən 9%-i və yaxud 147,3 mln. manatı fiziki şəxslərə verilib, yəni istehlak kreditləridir. 

Martın 1-nə Bankın kredit portfelinin 83,1 mln. manatının vaxtı keçib. Bu, ötən ilin sonu ilə müqayisədə 3,1% çoxdur. 2 ay ərzində problemli kreditlərin ümumi kredit portfelində payı isə 6,3%-dən 6,6%-ə yüksəlib. 

Fevralın sonuna "Xalq Bank"ın depozit portfeli isə 1,079 mlrd. manat olub. Bu da ilin əvvəlinə nisbətə 1,8% azdır. 

Bankdakı depozitlərin təxminən 70%-i və yaxud 762,1 mln. manat xarici valyutada yerləşdirilib. 

Martın 1-nə "Xalq Bank"ın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 31,492 mln. manat təşkil edib. Bu da 2 aylıq müqayisədə cəmi 0,03% azalma deməkdir. 

Hesabat dövründə "Xalq Bank"lın faiz gəlirləri 17,763 mln. manat, qeyri-faiz gəlirləri 5,082 mln. manat, faiz xərcləri 5,326 mln. manat, qeyri-faiz xərcləri isə 4,338 mln. manat olub. Bank yanvar-fevral aylarını 1,577 mln. manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 211 646 490 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 58,3 manat olan 3 630 300 səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.

44 - Tezliklə