WUF13-də bank sektorunun şəhər transformasiyasındakı rolu müzakirə edilib
- 19 may, 2026
- 17:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bank sektoru şəhərlərin transformasiyası prosesində öz rolunu yenidən dəyərləndirməlidir.
"Report" xəbər verir ki, bu barədə Avropa İpoteka Federasiyasının Avropa Təminatlı İstiqrazlar Şurasının (ECBC) baş katibi Luka Bertalot Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Şəhər dəyər zənciri fəaliyyətdə: inklüziv, ağıllı və dayanıqlı şəhərlər naminə işgüzar liderlik" adlı panel sessiyasında bildirib.
Onun qiymətləndirməsinə görə, dünya yeni şəhər inqilabının astanasındadır, bu zaman artıq hazırda şəhərlərin payına Avropanın ümumi daxili məhsulunun 80 %-i düşür.
"Yeni demoqrafik inqilabın planlaşdırılması və layihələndirilməsi ilə məşğul olmaq lazımdır", - L.Bertalot qeyd edib.
Ekspert, süni intellektin banklara iş üçün keyfiyyətcə yeni alətlər təqdim etməsinə diqqət çəkib. Onunfikrincə, bank müəssisələri şəhər dəyişikliklərinin maliyyələşdirilməsinin beş prioritet istiqaməti ətrafında qurulmuş yeni ekosistemə inteqrasiya olunmalıdır.
"Onların arasında əsas mövqeyi mənzil sahəsi tutur. Avropa ölkələrində bank balanslarının üçdə ikisini ipoteka kreditləri formalaşdırır. Mənzil maliyyələşdirməsinə yanaşmanın transformasiyası qaçılmaz olaraq bütün kredit məhsulları xəttinin - binaların modernizasiyası üçün borclardan infrastruktur kreditləşməsinə qədər - dəyişməsinə gətirib çıxaracaq", - L.Bertalot əlavə edib.