Vüsal Məsiyev: "Azərbaycanda "Hadisələrin Xəritəsi" hazırlanır"

Maliyyə
  • 10 fevral, 2026
  • 13:57
Vüsal Məsiyev: Azərbaycanda Hadisələrin Xəritəsi hazırlanır

İcbari Sığorta Bürosu (İSB) "Hadisələrin Xəritəsi" adlı yeni layihə üzərində işləyir.

"Report" xəbər verir ki, bunu Büronun icraçı direktoru Vüsal Məsiyev hesabat konfransında bildirib.

Onun sözlərinə görə, layihə Mərkəzi Bankla birgə dəfələrlə müzakirə olunub:

"Mərkəzi Bankla birlikdə respublika üzrə hadisələrin xəritəsinin hazırlanmasını nəzərdə tutan layihəmiz var. Bu, xüsusilə sığorta şirkətləri üçün maraqlı olacaq. Layihəni həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həm də Daxili İşlər Nazirliyi ilə paylaşmağı planlaşdırırıq. Toplanan məlumatları emal edərək sığorta sektoru və dövlət qurumları üçün faydalı analitik resursa çevirmək niyyətindəyik".

V.Məsiyev qeyd edib ki, layihənin reallaşdırılması hadisələrin sayının azalmasına, həmçinin vətəndaşların əmlakına və sağlamlığına dəyən zərərlərin minimuma endirilməsinə töhfə verə bilər:

"Əsas məqsədimiz odur ki, vətəndaşlarımız daha az zərər görsün, eyni zamanda riskli hadisələrin sayı azalsın".

Son xəbərlər

Bütün Xəbər Lenti