Vüqar Gülməmmədov: "Rəqəmsallaşma dövlət maliyyəsi üzrə daha dolğun mənzərə formalaşdıracaq"

Maliyyə
  • 19 noyabr, 2025
  • 14:55
Vüqar Gülməmmədov: Rəqəmsallaşma dövlət maliyyəsi üzrə daha dolğun mənzərə formalaşdıracaq
Vüqar Gülməmmədov

Rəqəmsal həllərin tətbiqi dövlət maliyyəsinin uçotu və hesabatlılığında kassa metodundan hesablama metoduna mərhələli keçidi dəstəkləyəcək və hər iki metod üzrə məlumatların qarşılıqlı tamamlanmasını təmin edəcək.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, yeni rəqəmsal sistemlər kassa metodu üzrə hazırlanmış operativ hesabatların daha qısa müddətdə təqdim edilməsinə şərait yaradacaq:

"Eyni zamanda tətbiq ediləcək rəqəmsal həllər kassa metodu əsasında hazırlanmış məlumatların hesablama (akkumulyasiya) metodu ilə tərtib olunan daha geniş və analitik hesabatlarla uyğunlaşdırılmasına imkan verəcək. Bu isə dövlət maliyyəsinin real vəziyyəti barədə qərarvericilərə daha dolğun və aydın təsəvvür formalaşdıracaq".

Son xəbərlər

Bütün Xəbər Lenti