Vüqar Gülməmmədov: "DSMF-nin dayanıqlılığının təmin edilməsi çox mühümdür"

Maliyyə
  • 05 noyabr, 2025
  • 12:20
Vüqar Gülməmmədov: DSMF-nin dayanıqlılığının təmin edilməsi çox mühümdür
Vüqar Gülməmmədov

Hesablama Palatası 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir proqnozlarının icrasında problem olmayacağı, Fondun xərclərinin dövlət siyasətinin əsas istiqamətlərini əhatə edəcəyi və qalıq vəsaitlərdən istifadə olunmayacağı qənaətindədir.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında bildirib.

Onun sözlərinə görə, Fond maliyyə institutudur və onun dayanıqlılığının təmin edilməsi çox mühüm aspektdir: "Bu məsələ dövlət maliyyəsi sisteminə təsir göstərən məsələdir və Palatanın rəyinə bu istiqamətdə aparılmış təhlillərin nəticələri də daxil edilib".

Son xəbərlər

Bütün Xəbər Lenti