Vüqar Gülməmmədov: "Bu il portfel üzrə keçirilmiş auditlərin nisbətini artırmağı hədəfləyirik"
- 15 sentyabr, 2023
- 07:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Hesablama Palatası tərəfindən 2021-ci ildə portfel üzrə keçirilmiş auditlərin 54 %-i açıqlanırdısa, 2022-ci ildə bu 60 %-ə yüksəlib.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
"2023-cü il üzrə bu nisbətin artırılmasını hədəfləyirik. Hesab edirik ki, qurumların auditin nəticəsi olaraq görülən işlər barədə ictimaiyyəti məlumatlandırmağı bu hədəfi daha nəticəli edə bilər", - V. Gülməmmədov bildirib.
Onun sözlərinə görə, auditlərin nəticələri ilə bağlı ictimaiyyətə açıqladığımız məlumatlarda son illərdə əhəmiyyətli artım var.