“Viator Mikrokredit Azərbaycan" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 19 dekabr, 2022
- 11:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 21-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Viator Mikrokredit Azərbaycan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 350 min manat dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" BFB-yə istinadən xəbər verir ki, istiqrazlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.
Xatırladaq ki,Birjanın Listinq Komitəsinin qərarı ilə "Viator Mikrokredit Azərbaycan"ın hər birinin nominal dəyəri 1 000 manat olan 350 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.