"Viator Mikro Kredit Azərbaycan” BOKT daha 500 min manatlıq istiqraz buraxır
- 09 iyul, 2024
- 14:12
Yeniliklərdən dərhal xəbərdar olun!
İyulun 12-də "Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 500 min manatlıq istiqraz yerləşdirəcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.