Vergilər Nazirliyində yeni təyinat olub

Maliyyə
  • 05 noyabr, 2016
  • 08:24
Vergilər Nazirliyində yeni təyinat olub

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan vergilər naziri Fazil Məmmədov Natiq Telman oğlu Şirinovu özünə müşavir təyin edib. Bu barədə "Report" Vergilər Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumata görə, o, bu vəzifədə İlqar İsmayıl oğlu Əhmədovu əvəz edib.

Hazırda nazirin daha 9 müşaviri var. Bunlar Ələkbər Comərd oğlu Məmmədov, Riyad Zakir oğlu Hüseynov, Habil Amil oğlu Məmmədov, İlham Əli oğlu Əmirəliyev, Taryel Aydın oğlu Quliyev, Elçin Fərrux oğlu Məmmədov, Rəşad Vaqif oğluHəbibov, Firuz Akif oğlu Həsənov, Əflatun Məsim oğlu Məmmədovdur.