Vergilər Nazirliyi vergi ödəyiciləri ilə görüşlərə başlayıb

Maliyyə
  • 05 mart, 2018
  • 12:39
Vergilər Nazirliyi vergi ödəyiciləri ilə görüşlərə başlayıb
Report

Bakı. 5 mart. REPORT.AZ/ Vergilər Nazirliyi vergi sistemində şəffaflığın təmin edilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili və müasir vergi inzibatçılığının formalaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi istiqamətində müəyyən işlər görüb, əsas hədəflər ictimaiyyətə bildirilib və gələcək iş fəaliyyətinin əsas istiqamətləri açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qeyd olunan məsələlərin birbaşa vergi ödəyicilərinə çatdırılması və ərazi vergi orqanlarının əməkdaşlarına müvafiq tapşırıqların verilməsi məqsədilə, Nazirliyin rəhbər vəzifəli şəxsləri regionlara ezam ediliblər. Bu gündən martın 9-na qədər Vergilər Nazirliyinin bütün ərazi vergi orqanlarında, Nazirlik yanında Milli Gəlirlər Departamentində, Bakı şəhəri Lokal Gəlirlər Departamentində və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində sahibkarlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.