Vergilər nazirinin müavini Ucarda vətəndaşları qəbul edəcək

Maliyyə
  • 18 iyun, 2019
  • 08:01
Vergilər nazirinin müavini Ucarda vətəndaşları qəbul edəcək
Vergilər Nazirliyi
Report

Vergilər nazirinin I müavini Sahir Məmmədxanov iyunun 21-də Ucar rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Heydər Əliyev prospekti, döngə 2) Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-20 iyun 2019-cu il tarixlərində Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinə, habelə Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

44 - Tezliklə