Vergilər nazirinin Beyləqandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Maliyyə
  • 13 oktyabr, 2018
  • 13:34
Vergilər nazirinin Beyləqandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarovun oktyabrın 15-də Beyləqan rayonunda keçirilməsi planlaşdırılan vətəndaş qəbulu təxirə salınıb. Həmin gün, saat 10:00-da nazir Şəmkir rayonunda qəbul keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Beyləqandakı qəbulun yeni tarixi barədə əlavə məlumat veriləcək.