Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək
- 25 iyun, 2018
- 09:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 iyun. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov iyunun 29-da, saat 11:00-də Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İsmayıl Qutqaşınlı küçəsi, 1) Qəbələ, İsmayıllı və Oğuz rayon sakinlərini qəbul edəcək.
"Report" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Qəbula gəlmək istəyən vətəndaşlar iyunun 28-nə qədər adı çəkilən idarəyə, İsmayıllı rayonundakı vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.