Vergidən azad depozit – illik 12 % gəlir!
- 19 iyun, 2025
- 10:00
"Expressbank" ASC-yə manat valyutasında 18 aylıq depozit yerləşdirib müddətin sonunda illik 12% gəlir qazana bilərsiniz. Həmçinin qeyd edilən şərtlər daxilində faiz gəliri üzrə vergidən azad olacaqsınız.
Expressbankda depozit yerləşdirmək üçün minimum 500 AZN ilə hesab aça bilərsiniz. Banka yatırılan depozitlər isə Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır.
Həmçinin depozit yerləşdirən bütün əmanətçilərə Expresso Standart debet kartı, minimum 20 000 AZN depozit yerləşdirən əmanətçilərə isə üstünlükləri ilə rahatlıq yaradan VISA Infinite debet kartı hədiyyə olunur!
2024-cü ildə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi" Expressbank"ı gözlənti stabil olmaqla "B+" səviyyəsi ilə qiymətləndirib. Bankın hesabatını böyük dördlüyə daxil olan KMPG audit şirkəti yoxlayır.
"Expressbank" Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
"Expressbank" – İşiniz rahat getsin!