“Unibank” xanım müştərilər üçün aksiya keçirir

Maliyyə
  • 02 mart, 2018
  • 15:05
“Unibank” xanım müştərilər üçün aksiya keçirir

Bakı. 2 mart. REPORT.AZ/ “Unibank” ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım müştəriləri üçün aksiya keçirir.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, martın 10-dək xanımlar “Unibank”dan həm nağd krediti, həm də “Albalı Plus” kredit kartını komissiyasız alacaqlar. Mikrokredit alan xanım sahibkarlara isə kredit faizlərində 8% endirim ediləcək.

Kredit faizləri illik effektiv 13%-dən (nominal illik 23%-dən) başlayır. Krediti “Unibank Mobile”dan sifariş edib alan xanımlara 800 bonus hədiyyə ediləcək.

Aksiya müddətində “Albalı Plus” kredit kartı alan xanımlar isə bu kart ilə alış- verişlərdən xüsusi hədiyyələr- İdeal mağazalarında 8% CASHBACK, partnyor gözəllik salonlarında 8% CASHBACK, partnyor restoranlarda 8% CASHBACK, partnyor gül salonlarında 8% CASHBACK qazanacaqlar. Bundan əlavə, bütün xanım müştərilər üçün depozit qutularına 50% endirim olacaq, “Unibank Mobile” ilə əməliyyat edən bütün xanımlara bonuslar ikiqat hesablanacaq.

"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. 

Həmçinin Bankın paytaxt və bölgələrdə yerləşən bəzi filialları- Abşeron filiallarından 15 saylı filial (S.Vurğun bağı yaxınlığında),14 saylı filial (Beş mərtəbə), 13 saylı filial (“İnşaatçılar”); “Nərimanov” filialı, “Əcəmi”; “Neftçilər”, 10 saylı filialı (“Əhmədli”), 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”, region filiallarından “Gəncə”; “Kəpəz”; “Şəmkir”; “Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Quba” şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir.