"Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək
- 19 may, 2025
- 10:02
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 27-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində - “Zoom” proqram təminatı vasitəsilə məsafədən olacaq.
Yığıncağın gündəliyinə “Unibank”ın 2024-cü il üzrə auditdən keçmiş maliyyə hesabatlarının təsdiq edilməsi, investisiya qiymətli kağızlarının emitenti olaraq illik hesabatlarının təsdiq olunması, təşklatı, o cümlədən idarəetmə orqanlarına dair məsələləri daxildir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.