"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 14 may, 2026
  • 15:33
Unibankın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 29-da, saat 15:00-da "Unibank" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində - "Zoom" proqram təminatı vasitəsilə məsafədən olacaq.

Yığıncağın gündəliyinə "Unibank"ın 2025-ci il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarının təsdiqi, 2025-ci il üzrə investisiya qiymətli kağızlarının emitenti olaraq illik hesabatının təsdiqi, təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi daxilidir.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

44 - Tezliklə