"Unibank"ın istiqrazlarına 61 investor maraq göstərib

Maliyyə
  • 29 may, 2025
  • 14:05
Unibankın istiqrazlarına 61 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Unibank" ASC-nin 4 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 4 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 61 investor 4 milyon dollarlıq 61 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 6 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirikəti" ASC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.