"Unibank"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 24 noyabr, 2022
  • 12:08
Unibankın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Noyabrın 30-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Unibank" QSC-nin 12 milyon ABŞ dolları dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə "Unibank"ın hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 12 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 6 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi