"Unibank"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 15 may, 2025
  • 17:29
Unibankın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Mayın 29-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Unibank" ASC-nin 4 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 dollar olan 4 000 ədəd istiqraz premium bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazlar 6 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 - Tezliklə