“Unibank”ın 5 filialı şənbə günlərinə işi bərpa edib

Maliyyə
  • 18 avqust, 2017
  • 14:20
“Unibank”ın 5 filialı şənbə günlərinə işi bərpa edib

Bakı. 18 avqust. REPORT.AZ/ “Unibank” ASC-nin paytaxt və bölgələrdə yerləşən 5 filialı müştərilərin tələbatını nəzərə alaraq şənbə gününə olan iş rejimini bərpa edib. Artıq “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt” və “Gəncə” filialları həftə sonu saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir.