"Unibank" illik 8 %-lə, 12 milyon dollarlıq istiqraz buraxır

Maliyyə
  • 17 noyabr, 2022
  • 13:24
Unibank illik 8 %-lə, 12 milyon dollarlıq istiqraz buraxır

"Unibank" ASC "Bakı Fond Birjası" QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankı “Unibank"ın hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 12 000 ədəd (12 milyon dollarlıq) faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

İstiqrazların illik faiz dərəcəsi 8 %-dir. Qiymətli kağızlar kütləvi təklif üsuli ilə yerləşdiriləcək və 6 il tədavüldə olacaq. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Bu emissiya subordinasiya borc öhdəliyi kimi tanınır və Bankın II dərəcəli kapitalının artırılması məqsədilə həyata keçirilir.

"Bu il "Unibank"ın nizamnamə kapitalının ümumilikdə 29 milyon manatdan çox artırılması nəzərdə tutulub. Bu prosesin I mərhələsi bu ilin avqust ayında başa çatıb və Bankın kapitalında 12 milyon manata yaxın artım olub. Kapitallaşma proqramı subordinasiya borcunun cəlb edilməsi, eləcə də əlavə səhm buraxılışı olmaqla 2 komponentdən ibarətdir. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımının bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.

44 - Tezliklə