UN-Habitat urbanizasiya problemlərinin həlli üçün BMİ-lərlə səylərin birləşdirilməsinin tərəfdarıdır

Maliyyə
  • 20 may, 2026
  • 12:40
UN-Habitat urbanizasiya problemlərinin həlli üçün BMİ-lərlə səylərin birləşdirilməsinin tərəfdarıdır

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) beynəlxalq maliyyə institutları (BMİ) icmasının bir hissəsi olmağa hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bunu "UN-Habitat"ın icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" mövzusunda panel müzakirəsində deyib.

Bundan əlavə, UN-Habitat urbanizasiyanın qlobal çağırışlarının öhdəsindən gəlmək məqsədilə inkişaf bankları ilə birgə səylərin konsolidasiyasının tərəfdarıdır: "UN-Habitat ilə beynəlxalq maliyyə institutları arasında sıx qarşılıqlı əlaqəyə ehtiyac var. Buna görə də biz BMİ icmasının bir hissəsi olmağa çalışırıq. İnkişafın maliyyələşdirilməsinin əsas hissəsi birbaşa BMT strukturlarına deyil, banklar vasitəsilə daxil olur. Resurslarımızı birləşdirmədən heç bir təşkilat inkişaf sahəsindəki nəhəng ehtiyacları təkbaşına ödəyə bilməz", - A.Rossbax vurğulayıb.

O, həmçinin qeyd edib ki, müxtəlif institutların maliyyə potensialının, peşəkar ekspertizasının və coğrafi əhatə dairəsinin inteqrasiyası yerli səviyyədə fəaliyyətin nəticəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

44 filmi