Türkiyəli nazir: "İnflyasiyanın qısa müddətdə təkrəqəmli olması üçün addımlar atılacaq"

Maliyyə
  • 12 iyul, 2018
  • 09:11
Türkiyəli nazir: İnflyasiyanın qısa müddətdə təkrəqəmli olması üçün addımlar atılacaq

Bakı. 12 iyul. REPORT.AZ/ Türkiyədə inflyasiyanın qısa müddətdə təkrəqəmli olması, daha sonra isə hədəfləndiyi səviyyəyə çatdırılması üçün addımlar atılacaq. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Berat Albayrak bildirib. 

Onun bu açıqlamasında sonra Türkiyədə ABŞ dollartının məzənnəsi 4,84 lirədən 4,81 lirəyə düşüb.