Türkiyədə dolların məzənnəsi 9 aylıq minimuma enib

Maliyyə
  • 11 sentyabr, 2017
  • 10:41
Türkiyədə dolların məzənnəsi 9 aylıq minimuma enib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Türkiyədə bu gün ABŞ dollarının nağd valyuta bazarında məzənnəsi son 9 ayda ilk dəfə olaraq 3,40 lirə səviyyəsindən aşağı düşüb. 

"Report" xəbər verir ki, buna Türkiyənin bu ilin II rübündə 5,1% iqtisadi artım əldə etməsi xəbəri səbəb olub. 

Qeyd edək ki, sentyabrın 14-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi barədə qərarını açıqlayacaq. Faizlərdə dəyişikliyin baş verməsi gözlənilmir. Bu səbəbdən dolların məzənnəsinin 3,35 TRY/USD səviyyəsinə qədər geriləməsi ehtimal edilir.