Türkiyədə dolların məzənnəsi 4,6 lirəyə yaxınlaşıb

Maliyyə
  • 21 may, 2018
  • 13:51
Türkiyədə dolların məzənnəsi 4,6 lirəyə yaxınlaşıb

Bakı. 21 may. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi 4,59 lirəyə çataraq yenidən tarixi rekord vurub. 

“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Xatırladaq ki, ötən həftə TRY/USD nisbəti 4,5-ə qədər qalxmışdı. 

Türkiyədə dollarla yanaşı, avro da bahalaşmaqdadır. Hazırda TRY/EUR nisbəti 5,41-ə bərabərdir. 

44 - Tezliklə