Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 37 %-ə endirib

Maliyyə
  • 22 yanvar, 2026
  • 16:13
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 37 %-ə endirib

Türkiyə Mərkəzi Bankının (TMB) İdarə Heyətinin bu gün keçirilən növbəti iclasında uçot dərəcəsinin 38 %-dən 37 %-ə endirilməsinə qərar verilib. Bu, son 26 ay üçün ən aşağı həddir.

"Report" Türkiyə mətbuata istinadən xəbər verir ki, iclas TMB-nin sədri Fatih Karahanın sədrliyi ilə baş tutub.

İclasda həmçinin bir günlük kreditlər üzrə illik faiz dərəcəsi 41 %-dən 40 %-ə, bir günlük borclanma üzrə illik faiz dərəcəsi 36,5 %-dən 35,5 %-ə endirilib.

TMB-nin açıqlamasında deyilir ki, bu ay ölkədə inflyasiya əsasən ərzağın bahalaşması ilə bağlı baş verib, baxmayaraq ki, ümumi qiymət artımı tendensiyası məhdud olub. İnflyasiya gözləntiləri və qiymət davranışı yaxşılaşma əlamətləri göstərsə də, onlar deflyasiya prosesi üçün risk faktoru olaraq qalır", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti