Türkiyə Mərkəzi Bankı faizləri sabit saxlayıb

Maliyyə
  • 07 mart, 2018
  • 11:10
Türkiyə Mərkəzi Bankı faizləri sabit saxlayıb

Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizləri sabit saxlayıb.

"Report" xəbər verir ki, söhbət həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsindən (GLP) gedir. 

Bununla da TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağı və yuxarı hədlərini 7,25% və 9,25%, GLP-ni isə 12,75% səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, qurumun yanvarın 18-də keçirilmiş əvvəlki iclasında da faizləri dəyişdirilməyib. TCMB yüksək inflyasiyanın yaratdığı makroiqtisadi risklər fonunda sərt monetar siyasəti davam etdirmək niyyətindədir. 

Bugünkü iclas Türkiyədə ABŞ dollarının məzənnəsinə təsir etməyib və 1 dolların qiyməti 3,8 lirə qalıb. 

"Report"un analitik qrupu bu il Türkiyədə dolların qiymətinin 4 lirəni keçəcəyini ehtimal edir.