Türkiyə iqtisadiyyatı 5,1% artıb
Maliyyə
- 11 sentyabr, 2017
- 08:57
Bakı. 11 sentyabr. REPORT.AZ/Türkiyə iqtisadiyyatı 2017-ci ilin II rübündə 5,1% artım göstərib. "Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat yayıb.
Qeyd edək ki, "Anadolu Agentliyi" tərəfindən keçirilən sorğuda iştirak edən 13 iqtisadçının orta proqnozuna görə, ötən rüb üzrə ÜDM-in 5,4% artması gözlənilirdi.
Hesabat dövründə əmək haqlarında artım illik müqayisədə 10,8% artım göstərib. Əmək haqlarının əlavə dəyərin strukturunda xüsusi çəkisi 2016-cı ildəki 38,1%-dən 36,2%-ə geriləyib.
Mal və xidmətlərin ixracı isə 10,5%, idxal 2,3% artıb.
Xatırladaq ki, bu ilin ilk rübündə Türkiyədə iqtisadi artım 5% olub.
Son xəbərlər
07:25
Britaniya polisi İranın Ferforddakı partlayış planı ilə əlaqəsini araşdırır
Digər ölkələr06:59
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Hadisə06:54
Tramp ABŞ-də yeni neft emalı zavodlarının inşa olunduğunu açıqlayıb
Digər ölkələr06:28
Böyük Britaniya "Avanti West Coast" dəmir yolu operatorunu milliləşdirəcək
Digər ölkələr06:05
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
Digər ölkələr05:39
Tramp: ABŞ-nin İran üzərində qələbəsi neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq
Digər ölkələr05:15
Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika04:48
Niderlandda gənclər hərbi xidmətə çağırışın bərpası əleyhinə tətil keçirəcək
Digər ölkələr04:28