Türk dövlətləri arasında avtomobillə hərəkətin "Yaşıl Kart"sız olması təklif edilir
- 28 oktyabr, 2025
- 16:17
Bir türk dövlətində əldə olunan sığorta polisi ilə digər türk dövlətində avtomobillə maneəsiz hərəkətin təmin edilməsi vacibdir.
"Report" xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin Baş katibi Özgür Obalı Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində bildirib.
"Biz bunu "Yaşıl Kart" beynəlxalq sığorta sistemi vasitəsilə müəyyən dərəcədə bacarmışıq, "Yaşıl Kart"sız da çox asanlıqla nail ola biləcəyimizə inanıram. Tənzimləyici mühitin uyğunlaşdırılması lazımdır. Hamımızın sərbəst hərəkət edə bilməsi üçün "Insurtech" kimi şirkətlərin türk dövlətlərində fəaliyyət göstərməsinə imkan verən siyasət yürütməliyik. "Insurtech" ekosistemlərimizi inkişaf etdirəcək və gücləndirəcək bir mühitə ehtiyacımız var", - deyə o qeyd edib.