Tramp FED-i faiz dərəcəsini aşağı salmağa çağırıb
Maliyyə
- 10 mart, 2020
- 16:46
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sistemini (FED) faiz dərəcəsini rəqib ölkələrin səviyyəsinədək endirməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb.
“Faiz dərəcələrini çox cəld qaldıran və tez aşağı salan Cay Pouellin rəhbərliyindəki bu acınacaqlı, astagəl Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini rəqibimiz olan ölkələrin səviyyəsinə endirsin. Onlar indi hətta daha böyük valyuta məzənnəsinin yardımı ilə belə vur-tut iki faiz bəndi irəlidədir”, - D.Tramp yazıb.
Qeyd edək ki, 2008-ci il böhranından sonra ilk dəfədir martın 3-də fövqəladə iclas keçirən FED yeni koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində faiz dərəcəsini 1,5 - 1,75 faizdən 1 - 1,25 faizədək endirib.
Son xəbərlər
03:10
ABŞ-də 11 sentyabr terror aktları işi üzrə iclasın tarixi açıqlanıb
Digər ölkələr02:46
Ərdoğan Qarabağ Universitetində İTU nəzdində akademik bölmələr yaradılması barədə qərar imzalayıb
Elm və təhsil02:11
"The Telegraph": Almaniya Britaniyanın "Trident" nüvə sisteminə yatırım etmək niyyətindədir
Digər ölkələr01:36
UEFA Çempionlar Liqası: əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib
Futbol01:23
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
Digər ölkələr00:53
Foto
"Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib
Futbol00:38
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr00:13
"Bloomberg": ABŞ-nin müttəfiqləri Hörmüz boğazında hələ də mina olduğunu bildirirlər
Digər ölkələr23:48