Toğrul Əliyev: "Rəqəmsallaşma idarəetmə və nəzarətdə yeni tələblər yaradır"
- 20 oktyabr, 2026
- 10:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmsallaşma idarəetmə və nəzarət mexanizmlərində yeni tələblər yaradır.
"Report" xəbər verir ki, bunu AMB-nin sədr müavinı Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, komplayensin qərar qəbuletmə proseslərinə inteqrasiyası qəbul edilmiş qərarların idarəetmə keyfiyyətinin yüksəldilməsinə və ümumilikdə institusional etimadın qorunmasına şərait yaradır: "Süni intellekt, tokenləşmə və yeni rəqəmsal xidmətlər məhz etibarlı idarəetmə sayəsində mümkün olur və davamlı dəyər yarada bilir. İnformasiya təhlükəsizliyi, kiberrisklər, eləcə də ekoloji, sosial və idarəetmə amilləri üzrə risklərin əhatə olunması da Korporativ İdarəetmə, Risk və Komplayensın mühüm istiqamətlərini təşkil edir. Sözsüz ki, rəqəmsallaşma maliyyə xidmətlərinin əlçatanlığını və səmərəliliyini artırır. Bununla yanaşı, idarəetmə və nəzarət mexanizmlərinin müasir çağırışlara uyğunluğunun təmin edilməsi baxımından da qarşımızda müəyyən tələblər formalaşdırır".