“Thomson Reuters"in səhmlərinin ticarət ünvanı dəyişir
Maliyyə
- 13 fevral, 2025
- 13:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Thomson Reuters" media korporasiyasının səhmlərinin Nyu-York fond birjasında (NYSE) ticarəti dayandırılır.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Məlumata görə, səhmlərin ticarəti "Nasdaq" fond birjasında davam etdiriləcək. Qiymətli kağızlar 16 ildir ki, NYSE-də alınıb-satılırdı. Burada son ticarət gününün fevralın 24-də olacağı gözlənilir. Növbəti gün səhmlərin ticarəti TRI tikeri saxlanılmaqla “Nasdaq”da başlayacaq.
“Thomson Reuters”in səhmlərinin kotirovkası fevralın 13-də NYSE-də ilkin sessiya zamanı 0,2 % azalıb. Son üç ay ərzində isə onların qiyməti 6,8 % artıb, “S&P 500” indeksi isə 1 % yüksəlib.
Son xəbərlər
05:09
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək vermək niyyətindədir
Digər ölkələr04:57
Fransada etirazçılar onlarla təhsil müəssisəsini yandırıb
Digər ölkələr04:14
Braziliyada prezident seçkiləri ikinci tura qalıb - YENİLƏNİB-2
Digər ölkələr03:51
İran rəsmisi: ABŞ konqres seçkilərini keçirənədək hərbi münaqişəyə girməyəcək
Region03:27
WSJ: ABŞ bütün bombardmançı təyyarələrini "Ferford" bazasından çıxarıb
Digər ölkələr02:57
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
Futbol02:11
Norveç səfiri "Starlink" peyklərinə görə İran XİN-ə çağırılıb
Region01:42
Konqoda iki gəmi toqquşub, ölənlər var
Digər ölkələr01:11