"TCF" BOKT-un zərəri 21% azalıb
Maliyyə
- 15 iyun, 2020
- 09:10
"TCF" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 132 min manat zərərlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 21% azdır.
Bu il yanvarın 1-nə "TCF"in aktivləri 729 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 14% azdır. Bunun 708 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 7,1% kiçilib.
Hesabat dövründə "TCF"in öhdəlikləri 17,2% azalaraq 655 min manata düşüb, balans kapitalı isə 31,6% artaraq 75 min manata, o cümlədən nizamnamə kapitalı 50% artaraq 450 min manata çatıb.
Xatırladaq ki,"TCF" 2010-cu ildə yaradılıb. Onun səhmdarı 100% Tahir Rəhimovdur.
Son xəbərlər
02:22
Bu gün Yasamal və Nərimanov rayonlarının bir sıra ərazilərində işıq olmayacaq
Energetika01:58
ABŞ İranın cənub-qərbindəki Əhvaz bölgəsinə zərbə endirib
Region01:31
Zelenski: Ukrayna Rusiyanın hava məkanının bloklanması kampaniyasına başlayır
Digər ölkələr01:01
Rusiya Prezidenti regionda sülhün Ermənistan üçün müsbət cəhətlərindən danışıb
Region00:50
Putin: Rusiya hərbçiləri hətta sabah Ermənistanı tərk etməyə hazırdır
Region00:43
Niderland polisi ölümlə nəticələnən atışmadan sonra 34 nəfəri həbs edib
Digər ölkələr00:17
Foto
Video
Sumqayıtda kişi öz valideyninin evini yandırıb
Hadisə00:03
"Tasnim": ABŞ-nin bombardmanı nəticəsində yaralananların sayı 50-yə çatıb, ölənlər var – YENİLƏNİB-3
Region23:38