“TBC Kredit” BOKT-un xalis mənfəəti 18 dəfə azalıb
- 02 iyun, 2025
- 17:48
Yeniliklərdən dərhal xəbərdar olun!
“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 71 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 17,8 dəfə azdır.
Ötən il “TBC Kredit”in vergiyəqədərki mənfəəti 225 min manat (əvvəlki ilə nisbətən 6,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 154 min manat (8,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “TBC Kredit”in aktivləri 13,858 milyon manat olub ki, bu da illik müqayisədə 32,5 % azdır. Bunun 9,167 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 21,8 % kiçilib.
Hesabat dövründə “TBC Kredit”in öhdəlikləri 4,3 dəfə azalaraq 2,058 milyon manata düşüb, balans kapitalı isə 0,6 % artaraq 11,8 milyon manata çatıb.
Xatırladaq ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,453 milyon manatdır. BOKT-un təsisçisi 100% Gürcüstanın “TBC Bank”ıdır.