Taleh Kazımov: "Banklar sərbəst vəsaitlərini bir-birlərinə yönəltməlidirlər"

Maliyyə
  • 29 oktyabr, 2026
  • 11:45
Taleh Kazımov: Banklar sərbəst vəsaitlərini bir-birlərinə yönəltməlidirlər
Taleh Kazımov

Azərbaycan Mərkəzi Bankı bankların vəsaitlərini özündə yerləşdirməsi əvəzinə kredit verməsini istəyir.

"Report" xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, banklar bir-birinə vəsait yerləşdirmək əvəzinə, həmin vəsaitləri Mərkəzi Bankda yerləşdirirlər: "Bu da bizim həmin bazarda iştirakımızın bir formasıdır. Ona görə də biz banklara 5 % ödəyirik. Sentyabrın 23-də verilən qərara əsasən, banklar düşünürlər ki, vəsaitlərini Mərkəzi Bankda 5 %-lə yerləşdirilməsi onlar üçün daha sərfəlidir".

T. Kazımov qeyd edib ki, yəni banklar pul bazarında digər banklarla deyil, Mərkəzi Bankla işləməyə üstünlük verirlər: "Ona görə də bu müqayisəni faizlə ifadə etmək mənim üçün bir qədər çətindir. Məqsədimiz odur ki, banklar sərbəst vəsaitlərini bizdə yerləşdirməkdənsə, daha çox bir-birlərinə yönəltsinlər. Sözsüz ki, kreditlərə tələb olduğu şəraitdə banklararası bazarda vəsait yerləşdirmək əvəzinə kreditlər də versinlər. Amma bu müqayisəni konkret faizlə ifadə edə bilmərəm".

44 filmi