“Şüşəplastmas” ASC-nin səhmləri 3 dəfə bahalaşıb

Maliyyə
  • 22 dekabr, 2016
  • 06:02
“Şüşəplastmas” ASC-nin səhmləri 3 dəfə bahalaşıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 21-də Bakı Fond Birjasında (BFB) "Şüşəplastmas" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd müəssisənin 100 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 0,5 manat olsa da, onlar 3 dəfə baha – 1,5 manata alınıb-satılıb.

Xatırladaq ki, “Şüşəplastmas” ASC 2002-ci ildə yaradılıb, Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 297 348 manatdır.