"Süsən Aqro" nizamnamə kapitalını 2 dəfədən çox azaldır

Maliyyə
  • 02 oktyabr, 2026
  • 17:03
Süsən Aqro nizamnamə kapitalını 2 dəfədən çox azaldır

"Süsən Aqro" MMC nizamnamə kapitalını 5,269 milyon manat və yaxud 2,1 dəfə azaldaraq 10 milyon manatdan 4,731 milyon manata endirdiyini elan edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, "Süsən Aqro" 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Ramil Məmmədovdur. O, həm də "PAŞA Holdinq" MMC-yə məxsus "Agro Dairy" şirkətinin Bitkiçilik Bölməsi üzrə İdarəedici Direktoru və İdarə Heyətinin üzvüdür.