“Suraxanı Maşınqayırma Zavodu”nun öhdəlikləri 7 % artıb
- 23 may, 2024
- 05:06
Yeniliklərdən dərhal xəbərdar olun!
“Suraxanı Maşınqayırma Zavodu” ASC 2023-cü ili 440 min manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 17 % çoxdur.
Ötən il “Suraxanı Maşınqayırma Zavodu”nun məhsul satışından gəlirləri 8,327 milyon manat (əvvəlki ilə nisbətən 8,4 % çox), məhsullarının maya dəyəri 6,775 milyon manat (13 % çox), digər əməliyyat gəlirləri 9 min manat (4,5 dəfə çox), ümumi və adminstrativ xərcləri 934 min manat (16,9 % az), sair xərcləri 42 min manat (35,4 % az), maliyyə xərcləri 34 min manat (9,7 % çox), mənfəət vergisi ödəmələri isə 110 min manat (17 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Suraxanı Maşınqayırma Zavodu”nun aktivləri 10,4 milyon manat olub ki, bu da illik müqayisədə 6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 7,1 % artaraq 5,102 milyon manata, balans kapitalı isə 4,8 % artaraq 5,297 milyon manata çatıb.
Xatırladaq ki, “Suraxanı Maşınqayırma Zavodu” 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 4,745 milyon manatdır.