"Standard Insurance”ın hərraca çıxarılan 4 əmlakı 2,5 dəfə ucuzlaşıb

Maliyyə
  • 16 iyun, 2022
  • 11:23
Standard Insurance”ın hərraca çıxarılan 4 əmlakı 2,5 dəfə ucuzlaşıb

Ləğvetmə prosesində olan "Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac iyulun 1-də keçiriləcək.

Bu barədə "Report"a ləğvetmə komissiyasından məlumat verilib.

Məlumatda deyilir ki, ləğv prosesində olan “Standard Insurance”ın ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil onların ümumilikdə satış qiyməti olan 787,5 min manata təkrar açıq hərraca çıxarılacaqdır. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən növbəlilik qaydasında keçiriləcək.

Hərracda iştirak üçün satış qiymətinin 1 %-i, yəni 7,875 min manat məbləğində beh ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi

Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

56,6 м²

787 500

7 875

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

46,5м²

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

52,7 м²

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

114,7 м²

Hərrac barədə daha ətraflı məlumatla aşağıdakı linkdə tanış ola bilərsiz:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/tekrar-herrac-barede-elan

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata şatışa çıxarılmışdı.

44 - Tezliklə