“Standard Insurance”in baş ofisinin qiyməti 920 min manata endirilib
- 05 yanvar, 2022
- 11:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Yanvarın 12-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair növbəti hərrac keçiriləcək.
Bu barədə “Report”a qurumun Ləğvetmə Komissiyasından bildirilib.
Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.
Əmlak üçün 920 min manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 9200 manat beh kimi ödənilməlidir.
Xatırladaq ki, əmlakın ilkin satış qiyməti 2 milyon manat olub.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
| Daşınmaz əmlak növü | Ünvanı | Ümumi sahəsi | Hərrac qiyməti AZN | Beh AZN |
| Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil | Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 | 56.6 м² | 920 000 (doqquz yüz iyirmi min) | 9 200 (doqquz min iki yüz) |
| Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 | 46.5м² | |||
| Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 | 52.7 м² | |||
| Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 | 114.7 м² |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:
https://birjanews.az/herrac-elanlar/115
Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.