Son 1 ildə Azərbaycanın valyuta ehtiyatları 10 %-dən çox artıb
- 23 iyul, 2026
- 13:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 753,6 milyon ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bunun 84,7 %-i və yaxud 72 milyard 596 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 15,3 %-i və yaxud 13 milyard 157,6 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 580,9 milyon ABŞ dolları və yaxud 0,7 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 919,9 milyon ABŞ dolları və yaxud 1,3 % az, AMB-nin valyuta ehtiyatlarında isə 1 milyard 500,8 milyon ABŞ dolları və yaxud 12,9 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 8 milyard 084,1 milyon ABŞ dolları və yaxud 10,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 6 milyard 080,4 milyon ABŞ dolları və yaxud 9,1 % artım, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 003,7 milyon ABŞ dolları və yaxud 18 % artım nümayiş etdirib.
| ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
| 01.07.2026 | 72 596 | 13 157,6 | 85 753,6 |
| 01.04.2026 | 73 515,9 | 11 656,8 | 85 172,7 |
| 01.01.2026 | 73 541,5 | 11 514,9 | 85 056,4 |
| 01.10.2025 | 70 161,7 | 11 310,5 | 81 472,2 |
| 01.07.2025 | 66 515,6 | 11 153,9 | 77 669,5 |