SOCAR iyunda dövlət büdcəsinə 123,7 mln. manat ödəyib
- 08 iyul, 2015
- 10:22
Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2015-ci ilin iyun ayında dövlət büdcəsinə 123,688 mln. manat vəsait ödənilib. "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu da öz növbəsində ötən ilin eyni ayı ilə müqayisədə 15,1% azdır.
Məlumata əsasən, ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında büdcəyə 728,7 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,7% azalma deməkdir.
Bundan əlavə, cari ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11,942 mln. manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin iyun ayı ilə müqayisədə 1,2% çoxdur. Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 69,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 3,4% azdır.